Az
Ru
En
  • Elektron İmza Tokeni
    Eimza token
    Vətəndaşlar üçün
    18 AZN
    Fərdi sahibkarlar üçün
    36 AZN
    Hüquqi şəxslər üçün
    72 AZN
    Dövlət qurumları üçün
    58 AZN
  • Elektron İmza
    E-imza kart
    Vətəndaşlar üçün
    18 AZN
    Fərdi sahibkarlar üçün
    36 AZN
    Hüquqi şəxslər üçün
    72 AZN
    Dövlət qurumları üçün
    80 AZN
  • Zəng mərkəzi
    157
  • Qanunvericilik
    Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən
    Elektron imza ilə imzalanmış sənəd, əl ilə imzalanmış sənədə bərabər tutulur.

Sertifikatı necə əldə etməli

Elektron imza üçün sertifikat əldə edərkən aşağıdakı qaydalara riayət etmək lazımdır:

1. Sertifikat əldə etmək üçün hər bir vətəndaş şəxsiyyət vəsiqəsi ilə Qeydiyyat Mərkəzinə müraciət etməlidir. Bu zaman Qeydiyyat Mərkəzində vətəndaşın adına Ərizə formalaşdırılır.

2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

    Fiziki şəxs
  • imza sahibinin şəxsiyyətini təsdiq edən sənədin surəti;
  • imza sahibinin adından çıxış etmək səlahiyyəti olan şəxsə verilən etibarnamə;
  • ödəniş qəbzi.

    • Hüquqi şəxs
  • Hüquqi şəxsin Azərbaycan Respublikası qanunveriçiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin notarial qaydada təsdiq olunmuş surətləri (Nizamnamə, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, Dövlət reyestrindən çıxarış);
  • Hüquqi şəxs tərəfindən, onun adından fəaliyyət göstərən səlahiyyətli nümayəndəyə verilən etibarnamə (hüquqi şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  • Hüquqi şəxsin Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub;
  • E-imza sertifikatının alınmasına müraciət olunan işçilərin hüquqi şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
  • Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış;
  • Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.

    • Dövlət qurumları
  • Təşkilatın (nazirliyin, idarənin, müəssisənin) Azərbaycan Respublikası qanunvericiliyinə uyğun qeydiyyatdan keçməsini təsdiq edən sənədlərin sürətı;
  • Rəhbər şəxs tərəfindən, onun adından fəaliyyət göstərəcək səlahiyyətli nümayəndəyə verilən etibarnamə (rəhbər şəxsin rəhbərinin imzası və möhürü ilə təsdiqlənmiş) və həmin nümayəndənin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
  • Təşkilatın Bank rekvizitləri haqqında rəsmi arayış və ya rəsmi məktub;
  • E-imza sertifikatının alınmasına müraciət olunan işçilərin rəhbər şəxs tərəfindən təsdiq olunmuş siyahısı və həmin işçilərin şəxsiyyət vəsiqələrinin surətləri;
  • Elektron imza sertifikatı alacaq rəhbər şəxsin tutduğu vəzifəni təsdiq edən əmrdən çıxarış;
  • Rəhbər şəxsin möhürünü təsdiq edən sənəd.
  • 3. Mərkəz imza sahibi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır.

    4. Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə Mərkəz sertifikatın verilməsindən imtina edir.

    5. Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir.

    6. Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır.

    7. Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi blankında 2 (iki) nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi Mərkəzə qaytarılır. Elektron formadakı sertifikat onu verən Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.

    8. Mərkəzdə imza sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra o, verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın aparılması barədə müvafiq jurnallarda imza edir.

    9. Verilmiş sertifikat Mərkəz tərəfindən “Verilmiş sertifikatlar reyestri”nə daxil edilir və bu andan yayımlanmış hesab edilir.

  • Mərkəzin Xidmətləri
  • Qeydiyyat Mərkəzləri
  • Əlaqə
  • Yeniliklər
  • ISO 27001
  • Statistik məlumatlar
  • Sertifikatı necə əldə etməli
  • Dövlət hakimiyyəti orqanları işçiləri üçün
  • Hüquqi şəxslər üçün
  • Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşqul olan fiziki şəxslər üçün
  • Vətəndaşlar üçün
  • Hüquqi sənədlər
  • Mərkəz sertifikatları
  • Ləğv edilmiş sertifikatlar
  • Kömək və dəstək
  • Tez-tez verilən suallar
  • Təlimatlar
  • Hakimiyyət Orqanları Mərkəzi
  • Elektron Hökümət Mərkəzi
  • Kök mərkəzi
  • Sertifikatın istifadəsi
  • Tələb olunan proqramlar
  • E-imzalayıcı
  • E-şifrələyici
  • Yeni onlayn imzalayıcı
  • E-imza
  • Vətəndaşlar üçün
  • Dövlət qurumları üçün
  • Hüquqi şəxslər üçün
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün