QEYDİYYAT MƏRKƏZLƏRİ

Mərkəzlər sertifikat almaq üçün olan müraciətlərə baxılması, sertifikatların qüvvəsinin dayandırılması, bərpası və ləğvi ilə bağlı İmza sahiblərinə xidmət göstərir.

Sifariş edəcəyi sertifikatı (Vətəndaş; Fiziki şəxs; Hüquqi şəxs; Dövlət işçiləri) və daşıyıcını (Smart Kart; USB token) müəyyənləşdirən istifadəçi sənədlərini toplayaraq ona rahat olan aşağıdakı üsullardan birinə müraciət etməklə sifariş edə bilər.

  • www.e-imza.az saytı üzərindən online müraciət etməklə
  • “Şəbəkə” idmət mərkəzlərindən
  • Elektron imza qeydiyyat məntəqələrindən(Dilarə Əliyeva küç. 185)
  • Azərpoçt MMC-nin poçt filiallarından
  • ASAN xidmət mərkəzlərindən ( MİDA xidməti)
  • Müraciət etdikdən sonra 3 iş günü ərzində sifariş edilən elektron imza sertifikatı hazır olur.

    Online sifariş etdiyiniz elektron imza sertifikatını ərizənizdə göstərdiyiniz yaşadığınız yerə yaxın olan, “Şəbəkə” xidmət mərkəzlərindən və 'Azərpoçt' MMC-nin poçt filiallarında yerləşən Qeydiyyat Mərkəzlərinə şəxsiyyət vəsiqənizlə fiziki olaraq müraciət edərək ala bilərsiniz. Bu Qeydiyyat Mərkəzləri Bakı şəhərində və Respublikanın bütün regionlarında mövcuddur. Həmçinin, Bakı şəhəri , Dilarə Əliyeva küç. 185 ünvanında yeləşən Elektron imza qeydiyyat məntəqəsindən əldə edə bilərsiniz.