TARİFLƏR

Elektron imza növləri və əldə etmə qaydaları

DÖVLƏT QURUMLARI

58 AZN
/ 3 illik

Kart oxuyucusu daxil deyil

*

HÜQUQİ ŞƏXSLƏR

72 AZN
/ 3 illik

Kart oxuyucusu daxil deyil

*

SAHİBKAR

36 AZN
/ 3 illik

Kart oxuyucusu daxil deyil

*

VƏTƏNDAŞ

18 AZN
/ 3 illik

Kart oxuyucusu daxil deyil

*

Sertİfİkatı əldə etmə Qaydaları

Qeyd: sifarişçi özü yaxınlaşa bilmirsə, o zaman notarial qaydada tərtib olunmuş etibarnamə ilə müraciət edə bilər. E-imza sertifikatı alacaq şəxsin şəxsiyyət vəsiqəsinin sürəti və etibarnamə ilə gələn şəxsin şəxsiyyət vəsiqəsinin əsli tələb olunur.

Qeyd: Möhür hüququ müəssisənin rəhbərinə və xüsusi hallarda müəssisə rəhbərinin həvalə etdiyi diğər vəzifəliyə verilir. Bu halda möhür hüququnun verilməsi barədə müəssisə rəhbərinin təsdiq etdiyi sənəd təqdim edilməlidir.

E-imza sertifikatı almaq üçün dövlət qurumları işçilərindən tələb olunan sənədlər

Formaları Yüklə

E-imza sertifikatı almaq üçün hüquqi şəxsin işçilərindən tələb olunan sənədlər

Formaları Yüklə

E-imza sertifikatı almaq üçün vətəndaşdan tələb olunan sənədlər

Formaları Yüklə

Mərkəz imza sahibi tərəfindən təqdim olunmuş sənədlərin düzgünlüyünü yoxlayır.

Təqdim olunmuş sənədlər düzgün olduqda, müraciət etmiş şəxslə Mərkəz arasında yazılı müqavilə bağlanılır və ona sertifikat verilir, əks halda isə Mərkəz sertifikatın verilməsindən imtina edir.

Müqavilədə göstərilən xidmətlərin növü və təsviri, müddəti, qiyməti, xüsusi şərtləri, sertifikata daxil edilən digər məlumatlar, həmçinin təkmil sertifikatlar və onlar barədə məlumatların ümumi axtarışına imza sahibinin razılığı göstərilməlidir. Qiymətlər mövcud qanunvericiliyin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir.

Mərkəz sertifikatın verilməsi üçün imza sahibi ilə müqavilə bağlamazdan əvvəl onu sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə məlumatlandırır.

Hazırlanmış sertifikat kağız daşıyıcıda və elektron formada imza sahibinə təqdim edilir. Kağız daşıyıcıdakı sertifikat Mərkəzin rəsmi blankında 2 (iki) nüsxədə tərtib edilir, səlahiyyətli şəxsin imzası ilə və möhürlə təsdiq olunur. Kağız daşıyıcıdakı sertifikatlar imza sahibi tərəfindən imzalandıqdan sonra bir nüsxəsi Mərkəzə qaytarılır. Elektron formadakı sertifikat onu verən Mərkəzin gücləndirilmiş imzası ilə təsdiq edilir.

Mərkəzdə imza sahibinin şəxsiyyətinin müəyyənləşdirilməsindən sonra o, verilənlər daşıyıcısında yazılmış imza yaratma və yoxlama məlumatlarının, kağız daşıyıcıdakı sertifikatın alınması, həmçinin Mərkəz tərəfindən məlumatlandırılmanın aparılması barədə müvafiq jurnallarda imza edir.

Verilmiş sertifikat Mərkəz tərəfindən “Verilmiş sertifikatlar reyestri”nə daxil edilir və bu andan yayımlanmış hesab edilir.