Bu ilin 9 ayı ərzində elekton imza sertifikatları ilə 10 milyona yaxın əməliyyat aparılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən təqdim olunan elektron imza sertifikatları ilə 2020-ci ilin 9 ayı ərzində 10 milyona yaxın (9,842,619) əməliyyat aparılıb. Onlardan 5 milyona qədəri (4914583) imzalama əməliyyatı, qalan hissəsi (4928036) autentifikasiya (E-imza ilə giriş tələb olunan portallarda qeydiyyatdan keçmək) əməliyyatı olub.
Cari ilin yanvar ayının 1-dən oktyabr ayının 1-dək əldə olunan elektron imza sertifikatlarının sayına gəldikdə isə bu rəqəm dövlət qurumları üzrə 11566, hüquqi şəxslər üçün 9656, sahibkarlar üçün 4010, vətəndaşlar üçün isə 5552 ədəd təşkil edib. Ümumilikdə bu müddətdə 30784 e-imza sertifikatı Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının qanunlarına əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.
8 Oktyabr, 2020